• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2154
— 20.05.2015 14:02

I və IV ixtisas qrupları üzrə biliklərini sınayacaq abituriyentlərin diqqətinə!

Mayın 24-ü əvvəlki illərin məzunları üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək. Bu imtahanlar respublikanın 11 şəhərində aparılacaq. Qərb bölgəsi üzrə 1800-dən artıq abituriyent qeydiyyatdan keçib. Bu abituriyentlər Gəncə şəhərində 4 binada biliyini sınayacaq. İmtahanların idarə olunmasına 150 imtahan rəhbəri və nəzarətçi-müəllim cəlb ediləcək. Müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin ixtisas seçimi isə iyulda imtahan prosesləri tam başa çatdıqdan sonra aparıcaq.