• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1873
— 20.05.2015 14:01

101 saylı Göygöl-Daşkəsən seçki dairəsi Dairə Seçki Komissiyası üzrə seçicilərin siyahısı dəqiqləşdirilir

101 saylı Göygöl-Daşkəsən Dairə Seçki Komissiyasında Seçki Məcəlləsinə müvafiq olaraq hər il aparılan, o cümlədən bu ilin noyabrında keçirilməsi nəzərdə tutulan parlament seçkiləri ilə əlaqədar seçici sayının dəqiqləşdirilməsi prosesi həyata keçirilib.

101 saylı Göygöl-Daşkəsən seçki dairəsi Dairə Seçki Komissiyası üzrə seçicilərin siyahısının dəqiqləşdirilməsinə yanvar ayından başlanılıb. Siyahıya görə ötən illə müqayisədə bu dairə üzrə seçicilərin sayı 546 nəfər çoxdur. Belə ki, ötən il dairə üzrə 40 min 518 seçici qeydiyyatda idisə, bu il seçicilərin sayı 41 min 64 nəfər olub. Seçicilərin 34 min 109-u Göygöl, 6 min 955-i isə Daşkəsən sakinidir. Seçicilərin 49,1 faizi – yəni 20 min 175 nəfəri kişi, 50,9 faizi - 20 min 889-u qadındır. 18 yaşı tamam olan və ilk dəfə səs verəcək seçicilərin sayı isə 390 nəfərdir. Seçicilərin siyahısı isə Mərkəzi Seçki Komissiyasına təqdim edilib.   

Abbas Zalov- 101 saylı Göygöl-Daşkəsən seçki dairəsinin Dairə Seçki Komissiyasının sədri: “Parlament seçkisinin keçirilməsi ilə əlaqədar olaraq Mərkəzi Seçki Komissiyası start verdikdən sonra bir daha seçici siyahıları səs vermə gününə 35 gün qalmışa qədər yenidən dəqiqləşdirilib məntəqələrə paylanacaq. Seçicilərin adları məntəqə seçki komissiyasının ərazisində yerləşdirilmiş məlumat löhvələrində yerləşdiriləcək”.

Qeyd edək ki, Dairə Seçki Komissiyasında artıq seçkilərlə bağlı maarifləndirici plakatlar, eləcə də təlimatlar asılıb.  

101 saylı Göygöl- Daşkəsən seçki dairəsi üzrə 74 seçki məntəqəsi fəaliyyət göstərir. Bu məntəqələrdən 46-sı Göygöl, 28 isə Daşkəsən rayonundadır.

Elnur Vahidoğlu