• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2153
— 20.05.2015 13:53

Türkiyə universitetlərinin 3 professor-müəllimi Azərbaycan Dövlət Aqrar Universitetinin qonağıdır

Türkiyənin Diyarbəkir şəhərinin Diclə və Samsunun 19 Mayıs universitetlərinin 3 professor-müəllimi Azərbaycan Dövlət Aqrar Universitetinin qonağıdır. Onlar "Mövlana" Mübadilə Proqramı çərçivəsində bir həftə ərzində universitetin Aqronomluq fakultəsində təhsil alan tələbə və doktorantlarına məruzə oxuyacaqlar. Türkiyəli qonaqlar tədris prosesi ilə daha yaxından tanış olublar. Onlar dərs prosesində iştirak edərək ADAU-nun rektoru İbrahim Cəfərovun bitki mənşəli xəstəliklər haqqında məruzəsini dinləyiblər. Dərs haqqında fikirlərini bölüşən qonaqlar universitetlərarası əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi  üçün çalışacaqlarını bildiriblər.