• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1696
— 20.05.2015 13:52

Şəmkirdə rayon rəhbərliyinin yaşayış məntəqələrində səyyar görüşləri davam edir

Bayramlı kəndində keçirilən növbəti belə görüşdə son illər rayon mərkəzində və yaşayış məntəqələrində, eləcə də 3 minə yaxın əhalisi olan Bayramlı kəndində həyata keçirilən sosial layihələrdən, tikinti-quruculuq işlərindən danışılıb. Kənddə məktəb, körpələr evi-uşaq bağçası, həkim məntəqəsi, kitabxana, ATS və poçt fəaliyyət göstərir. Suya olan tələbatın ödənilməsi üçün 40 subartezian quyusu işlək vəziyyətdədir. Səyyar görüşdə müraciətlə çıxış edən kənd fəalları əlavə subartezian quyusunun qazılması, uşaq bağçası-körpələr evi üçün yeni binanın inşası, qazlaşdırma işlərinin sürətləndirilməsi və Bakı-Qazax magistralından kəndə gələn yolun təmiri məsələlərini gündəmə gətiriblər. Müraciətlərin bir çoxu yerindəcə həll edilib. Bir çox təkliflərin yerinə yetirilməsi üçün isə icra hakimiyyəti strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verilib.