• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3662
— 18.09.2014 19:09

Qusarda vətəndaşa məxsus mağaza yanıb

Qusarda vətəndaşa məxsus ümumi sahəsi 400 kv.m olan mağazanın anbarının yanar konstruksiyaları 50 kv.m sahədə və içərisinə yığılmış plastik materiallar 40 kv.m sahədə yanıb. Yanğınsöndürənlərin səyi nəticəsində anbarın və mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.  Daha bir yanğın hadisəsi isə Şabranda qeydə alınıb. Rayonda vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan talvar və talvarın altına yığılmış 4 ton ot bağlamasının 2 tonu yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Hissəsinin yanğın söndürən briqadası cəlb olunub. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.