• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1781
— 19.05.2015 14:52

Qərb bölgəsində komplekt transformator məntəqələri quraşdırılır

"Azərişıq" ASC qərb bölgəsində komplekt transformator məntəqələrinin quraşdırılmasını həyata keçirir.

İlkin mərhələdə Gəncə, Göygöl, Samux, Şəmkir, Daşkəsən, Gədəbəy, Ağstafa, Qazax və Tovuzda ümumilikdə 35 transformator quraşdırılıb. Gəncədə quraşdırılan 6 transformatordan 1006 abonent yararlanır ki, onlardan 850-si əhali, 156-sı qeyri-əhali qrupuna daxildir. İşıq təchizatının yaxşılaşdırılması prosesi ilkin mərhələdə şəhər və rayon mərkəzlərini, ikinci mərhələdə isə rayonətrafı əraziləri və kəndləri əhatə edəcək. Bu məqsədlə hazırda qərb bölgəsində əlavə 110 transformatorun quraşdırılması həyata keçirilir. İşlərin bir ay müddətinə yekunlaşdırılması nəzərdə tutulub.

Bununla yanaşı, Gəncədə əlavə olaraq 35 kilovoltluq yarımstansiya inşa edilir. Bir zirzəmi və iki mərtəbədən ibarət olacaq tikili inzibati bina kimi də fəaliyyət göstərəcək və Gəncə memarlıq üslubunda inşa ediləcək.