• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1776
— 19.05.2015 15:08

ADAU-da əmək yarmarkası keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində sayca 7-ci tələbə-məzun əmək yarmarkası keçirilib. Əmək yarmarkasında respublikada fəaliyyət göstərən 150-ə yaxın qurum iştirak edib.

“Məzun 2015” əmək yarmarkasının keçirilməsində əsas məqsəd universitetin builki və əvvəlki illərin məzunlarını təhsil aldıqları ixtisaslara uyğun işlə təmin etmək olub. Yarmarka Azərbaycan Dövlət Aqrar Universitetinin iqtisadiyyat fakültəsində təşkil edilib. Əvvəlcə universitet rəhbərliyi, Kənd Təsərrüfatı Nazirliyi, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətin və Dövlət Məşğulluq Xidmətinin nümayəndələri çıxış edərək belə yarmarkaların keçirilməsini yüksək qiymətləndiriblər.  Əmək yarmarkasında 1200-ə yaxın boş iş yeri təklif olunub. Ötən illə müqayisədə builki məzun yarmarkasında həm vakant iş yeri təklif edən qurumların, həm də iş axtaran məzunların sayı çox olub. İş üçün müraciət edənlərin sayı 1000 nəfərə yaxın olub.

İbrahim Cəfərov- ADAU-nun rektoru: “Bildiyiniz kimi, kənd təsərrüfatı Azərbaycan üçün prioritet istiqəmətdir. Təsadüfi deyil ki, ölkə başçısının sərəncamı ilə bu il Kənd təsərrüfatı ili elan olunub. Və bu nöqteyi nəzərdən də ADAU olaraq Azərbaycanda kəhd təsərrüfatı sahəsinə kadr töhfəsi verməliyik. Bu il artıq 2-ci əmək yarmarkasıdır ki, keçiririk. Eyni zamanda bu il 1200 məzunumuz olacaq və onların hər birinin  işlə təmin olunması üçün şərait var zəmin var”.       

Yarmarkada aqrar universitetin istehsalı olan, eləcə də fermerlər tərəfindən təklif olunan məhsulların satışı da həyata keçirilib.

Qeyd edək ki, növbəti məzun yarmarkasının mayın 29-da Azərbaycan Texnologiya Universitetində keçirilməsi nəzərdə tutulur.

Elton Cabbarlı