• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1305
— 19.05.2015 13:59

Gəncədə sahibkarlara 49 ədəd müxtəlif markalı traktor verilib

KepezTV Player

Gəncədə növbəti dəfə təsərrüfat sahiblərinə traktorların növbəlilik əsasında verilməsi həyata keçirilib. Bu dəfə 49 ədəd müxtəlif markalı MTZ traktoru sahibkarlara verilib.

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti Gəncə Regional Təchizat bazasında respublikanın müxtəlif bölgələrindən olan fermerlərə traktorların paylanılmasını həyata keçirib.

Qeyd olunub ki, dövlət tərəfindən aqrar sahəyə güzəştlərin tədbiq olunması bu sahənin sürətli inkşafını təmin edib. Tədbirdə müxtəlif bölgələrdən gələn fermerlərə Gəncə Avtomobil Zavodunda yığılan 49 ədəd “Belarus” markalı traktor verilib. Şəhid ailələri, Qarabağ əlilləri  və digər imtiyazlı vətəndaşlar kənd təsərrüfatı texnikası ilə növbədənkənar təchiz olunub. Cəmiyyətin sədri traktorların əldə olunması üçün tətbiq olunan yeniliklərə də toxunub.

Elşən Məmmədov- Aqrolizinq ASC-nin sədri: “Bu il ilkə imza atılıb, kim texnikanın dəyərinin 60%-ni ödəyirdə, o sahbikara traktor növbədənkənar verilir. Bu da fermerlər arasında marağı daha da artırıb. Bu görüşdə ilk dəfə bu üsuldan istifadə edən sahibkara texnika təqdim etdik”.

Fermerlərə satılan texnikaların dəyərinin 40 faizinin dövlət tərəfindən, digər hissəsinin isə uzunmüddətli kreditlə ödənilməsi təmin olunur. 2015-ci ildə təsərrüfat sahiblərinə 600-ə yaxın yerli istehsal olan traktor və 200 ədəd müasir standartlara cavab verən kombaynlar verilib.

Xaliq Qurbanlı