• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1574
— 19.05.2015 15:03

Gəncənin orta məktəblərində neçə pedaqoqa ehtiyac var?

Təhsil naziri Mikayıl Cabbarovun müəllimlərin yerdəyişməsi və işə qəbul qaydalarının təsdiqi ilə bağlı imzaladığı sərəncama əsasən, Gəncənin orta məktəblərində yeni kadrlara təlabatla bağlı aparılan araşdırmaların nəticələri bəlli olub. Araşdırmalar göstərib ki, 21 orta məktəbdə rus və Azərbaycan bölmələrində 30 ixtisas üzrə pedaqoqa ehtiyac var. Artıq vakant yerlər barədə məlumatlar Təhsil Nazirliyinə göndərilib. Gəncədə müəllim kimi çalışmaq istəyən pedaqoqlar iyul ayında mərkəzləşdirilmiş qaydada keçiriləcək imtahanlarda iştirak edə bilərlər. Ümumilikdə hazırda Gəncənin orta məktəblərində 37 mindən artıq şagirdə 4 mindən çox pedaqoq dərs deyir.

İqbal  Kərimov- Gəncə Şəhər Təhsil İdarəsinin kadrlar üzrə mütəxəssisi: “Gəncə şəhərində ibtidai sinif fiziki tərbiyə, kimya, fizika, tarix və informatika ixtisasları üzrə kadrlara ehtiyac var. İyun ayının birində ölkədaxili müəllimlərin yerdəyişmələri mərkəzləşdirilmiş qaydada Təhsil Nazirliyi tərəfindən həyata keçirlir, iyul ayının birindən isə sadalanan ixtisaslara müəllimlərin imtahanı aparılacaq”.