• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 1065
— 18.09.2014 19:05

Gənc oğlan toyda döyüldü və danışıq qabiliyyətini itirdi

KepezTV Player

Hadisə Cəlilabadda rayonun Hamaraqışlaq kəndində baş verib.

Cəlilabadda toy məclisində vəhşicəsinə döyülən 22 yaşlı  gənc danışıq qabiliyyətini itirib. Yaxın qohumlarının toy məclisində iştirak edən kənd sakini Hüseyinov Ceyhun Habil oğlu həmkəndlisi Qamət adlı şəxs tərəfindən vəhşicəsinə döyülüb. Zərərçəkənin yaxınlarının sözlərinə görə, gənclər arasındakı dava söyüş üstündə olub. Aralarındakı mübahisəni həll etmək məqsədi ilə Qamət Ceyhunu toydan çağıraraq xəlvəti yerə aparıb.

Xəstəxanaya çatdırılan Ceyhunun baş nahiyyəsindəki yaraları həkimlər tikib. Xəstə zərbənin təsirindən bir gün huşsuz halda olub. Hazırda qismən səhhəti nomallaşsa da Ceyhun sərbəst danışa bilmir. Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.