• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1577
— 19.05.2015 10:46

Daşkəsəndə “Vergi uşaqların gözü ilə” adlı rəsm müsabiqəsi başa çatıb

12 saylı Ərazi Vergilər İdarəsinin təşkilatçılığı ilə Daşkəsəndə “Vergi uşaqların gözü ilə” adlı rəsm müsabiqəsinə yekun vurulub. Müsabiqənin yekunlaşması ilə bağlı tədbir Anar Mürsəlov adına 2 nömrəli tam orta məktəbdə təşkil olunub. Burada şagirdlərin vergi ilə bağlı hazırladıqları 30-a yaxın əl işi nümayiş etdirilib. Şagirdlər vergilər barədə müəllimlərindən və valideynlərindən öyrəndiklərini kağız üzərində əks etdiriblər.  Rəsmlər münsiflər heyəti tərəfindən qiymətləndirilib və qaliblər müəyyənləşdirilib. Tədbirin davamında “Vergi” adlı  bilik yarışı da keçirilib. Şagirdlərə vergi ilə bağlı suallar verilib. Məqsəd gələcəyin vergi ödəyiciləri olan uşaqların vergilər barədə maarifləndirilməsidir. Sonda rəsm müsabiqəsi və bilik yarışının qaliblərinə 12 saylı Ərazi Vergilər İdarəsi tərəfindən fəxri fərman, təşəkkürnamələr təqdim edilib.