• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 2560
— 18.09.2014 18:39

Qəzalar can almaqda davam edir

Gecə saatlarında Şamaxıda avtomobil qəzası baş verib. Bir nəfər həlak olub. Qəza Bakı-Şamaxı-Yevlax yolunun 130-cu km- də Şamaxının Mirikənd kəndi yaxınlığında qeydə alnıb. Bakı şəhər sakini 47 yaşlı Muradov Ədalət idarə etdiyi avtomobildə bir anlıq sükan hakimiyyətini itirməsi qəza ilə nəticələnib. Bir neçə dəfə yuvarlanan avtomobil 10 metrlik dərəyə düşüb. Avtomobildə olan sərnişin Ucar rayon Alpout kənd sakini 44 yaşlı Hüseynov Nemət qəza yerində dünyasını dəyişib. Sürücü müxtəlif bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə gətirilib. Faktla əlaqədar Baş Dövlət Yol Polis İdarəsinin istintaq və tədqiqat bölməsində cinayət işi açılıb, araşdırma aparılır.