• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2130
— 18.05.2015 16:31

“Azərbaycan poeziyasının xan çinarı”

Azərbaycan Dövlət Aqrar Universitetində xalq şairi Məmməd Arazın yaradıcılığına həsr olunan “Azərbaycan poeziyasının xan çinarı” adlı ədəbi bədii gecə keçirilib. Çıxış edənlər Məmməd Arazın əsərləri ilə Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutduğunu, poeziyanın ən parlaq səhifələrindən birini bəzədiyini diqqətə çatdırıblar. Bildirilib ki, dahi Azərbaycan şairinin yazdığı şeirlər, poemalar və məqalələr bu gün bir çox dünya xalqlarının dilinə tərcümə olunub. Elə bu amillər də onu Azərbaycan poeziyasının xan çinarı adlandırmağa əsas verib. Tədbir universitet tələbələrinin ifasında şairin sözlərinə bəstələnən musiqi nömrələri ilə davam edib.