• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1966
— 18.09.2014 18:35

Zaqatalada bıçaqlanma hadisəsi baş verib

Qazangül qəsəbə sakini Kamran Məmmədov xuliqanlıq zəminində Səbuhi Ələsgərovu bıçaqlayıb. Çoxsaylı bıçaq yaraları alan Səbuhi Ələsgərov Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri ilə hadisəni  törədən Qazangül qəsəbə sakini Kamran Məmmədov tutularaq məsuliyyətə cəlb olunub. Faktla əlaqədar CM-nin müvafiq maddəsi ilə cinayət işi başlanıb, zəruri istintaq-əməliyyat tədbirləri aparılır.