• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 943
— 18.05.2015 13:52

Gəncədə keçiriləcək Karyerada ilk addım - növbəti tələbə-məzun yarmarkalarının vaxtı məlum olu

Yarmarkalar mayın 19-da Azərbaycan Dövlət Aqrar Universitetində, 29-da Gəncə Dövlət Universitetində, iyunun 5-də isə Azərbaycan Texnologiya Universitetində keçiriləcək. Tələbə-məzun yarmarkaları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən təşkil olunur. Məqsəd tələbə və məzunların əmək bazarına inteqrasiyasına yardım göstərmək, ali təhsil ocaqlarını bitirən və əmək fəaliyyətinə başlamaq ərəfəsində olan məzunlarla işəgötürənlər arasında əlaqə yaradılmasını təmin etməkdir. Yarmarkada Gəncə ilə yanaşı, ətraf 25 şəhər və rayonda fəaliyyət göstərən idarə, təşkilat və müəssisələr 500-ə yaxın vakant iş yeri təklif edəcəklər.