• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2107
— 18.05.2015 12:01

Gəncədə Gənclərin bacarıqlarının gücləndirilməsi adlı beynəlxalq layihə həyata keçirilir

Gəncədə “Gələcəyə Körpü” gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “Gənclərin bacarıqlarının gücləndirilməsi” adlı beynəlxalq layihə həyata keçirilir. Layihə  Gəncə 2016 Avropa Gənclər paytaxtı Proqramı çərçivəsində reallaşır. Təlimdə Latviya, Danimarka, Rumıniya, Polşa, İtaliya, Almaniya, Hollandiya, Ukrayna, Belarus, Gürcüstan və Azərbaycandan 30-a yaxın gənc iştirak edir. Məqsəd yerli, milli və Avropa səviyyəsində gənc lider və təlimçilərin sayını artırmaq və onları yaşadıqları cəmiyyətin fəal üzvü olmasını təmin etməkdi. Həmçinin  gənclərin nəzəri bilik, bacarıqlarını artırılmaqla daha  geniş gənclər şəbəkəsi yaratmaqdı. Erasmus+  proqramı ilə həyata keçirilən layihə may ayının 24-nə kimi davam edəcək.

Sevastian Şevaste- Mədəniyyətlərarası Avropa təşkilatın nümayəndəsi: “Lahiyə ilə gənclər bu sektorda fəaliyyət göstərən bəzi detalları, xüsusi ilə də mədəniyyət, iqtisadi, siyasi cəhətdən gənclərin aktivliyin artırılması istiqamətində fəaliyyətlər görəcək və onları öz ölkələrində tətbiq edəcək. Layihınin əsas məqsədlərindən biri də gəncləri daha müstəqil, daha fəal, heç kimdən asılı vəziyyətdə olmayaraq öz fəaliyyətlərindəki aktivliyi artırsınlar. Beləliklə layihədən sonra yeni gənc liderlər yaranacaq.”