• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 786
— 18.05.2015 11:06

Türkiyə superliqasında 32-ci turun oyunları davam edir

İkinci oyun günündə dörd qarşılaşma baş tutub. Öz meydanında “Qaziantepspor”u qəbul edən “Bursaspor” 2:0 hesabı ilə qalib gəlib.Səfərdə “Ərciyəsspor”la qarşılaşan “Başakşəhər” rəqibindən üstün olub – 1:0.Doğma meydanda “Trabzonspor”la üz-üzə gələn “Eskişehirspor”iki cavabsız qolla qalib gılib.
“Fənərbaxça” isə səfərdə “Mersin”lə qarşılaşıb. İstanbul klubu matçın əsas vaxtına əlavə edilmiş 2-ci dəqiqədə Əmrə Bələzoğlunun vurduğu  qolla qalib gəlib – 1:0.
Qeyd edək ki, superliqada 32-ci tura bu gün keçiriləcək iki oyunla yekun vurulacaq. 

 

17 may

Türkiyə superliqası, 32-ci tur 

"Kayseri Ərciyəsspor" - "Başakşəhər" - 0:1
Qol: Tekdemir, 81

"Bursaspor" - "Qaziantepspor" - 2:0
Qol: Bakambu, 7, Cosue, 58

"Eskişehirspor" - "Trabzonspor" - 2:0
Qol: Ömər Şişmanoğlu, 14, Funes, 32

"Mersin" - "Fənərbaxça" - 0:1
Qol: Əmrə, 90+2


17 may 

"Balıkesirspor" - "Karabükspor" - 4:2
Qollar: Yıldırım, 10 (1:0), Zeç, 24 (2:0), Çağıran, 37 (2:1), Akça, 60 (2:2), Yıldırım, 65-pen (3:2), Çalık, 81 (4:2)

"Sivasspor" - "Kasımpaşa" - 1:1
Qollar: Dərdiyok, 72 (0:1), Çaheçohe, 88 (1:1)

"Qalatasaray" - "Gənclərbirliyi" - 1:0
Qol: Sneyder, 67 1:0)

 

18 may

"Beşiktaş" - "Konyaspor"

"Rizəspor" - "Akhisar"