• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1758
— 17.05.2015 13:34

TQDK II və III ixtisas qruplarının abituriyentləri üçün qəbul imtahanı keçirib

Bu gün II və III ixtisas qruplarının abituriyentləri üçün qəbul imtahanı keçirilib. Əvvəlki illərin məzunları üçün nəzərdə tutulan bu imtahanlar respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmazda olmaqla ümumilikdə 30 binada aparılıb. İmtahanda 16070 abituriyentin iştirakı nəzərdə tutlub ki, onlardan 7651-i II, 8419-u isə III qrup üzrə mübarizə aparır.

Gəncədə imtahan verən abiutriyentlərin sayı 1837-dir. İmtahanların idarə olunmasına 117 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 1366 nəzarətçi-müəllim cəlb edilib. Müsabiqədə iştriak hüququ qazanan abituriyentlərin ixtisas seçimi iyulun 30-dan avqustun 11-dək aparılacaq.