• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1757
— 17.05.2015 13:40

Gəncədə İntellektual Oyunlar üzrə Regional Məktəbli Çempionatları keçirilib

Bu gün İntellektual Oyunlar üzrə Regional Məktəbli Çempionatları keçirilib. Bakı 2015 I Avropa Oyunlarına həsr olunan bu yarışlar respublikanın bütün bölgələrində eyni vaxtda keçirilir. Gəncədə reallaşan yarışda şəhərin ümumtəhsil məktəblərindən 21 komanda iştirak edib. 3 mərhələdə həyata keçirilən yarış zamanı komandalara hər mərhələdə 12 sual olmaqla  ümumilikdə 36 sual təqdim edilib. 2 saat davam edən bilik yarışında hər komandada 6 şagird öz biliyini sınayıb. Yarışçılar 8,9 və 10-cu sinif şagirdləri olub.

4-cü yeri M.C. Paşayev adına 39 nömrəli məktəbin Zəka, 3-cü yeri Nizami Gəncəvi adına 11 nömrəli məktəbin Xəmsə, 2-ci yeri M.Ş. Vazeh adına 16 nömrəli məktəbin Fortuna komandası tutub. Birinci yerə layiq görülən 31 nömrəli tam orta məktəbin Laçın komandası isə, Təhsil Nazirliyinin fəxri fərmanı və kuboku ilə mükafatlandırılıb.

Söhrab Hacıyev- Gəncə şəhər Metodik Mərkəzin direktoru: "Çempionatın keçirilməsində əsas məqsəd gənclərin intellektual, yaradıcı bacarıqlarının daha da inkişaf etdirilməsi, intellektual biliyə malik olan gənclərin aşkar edilməsi, onlara köməklik göstərilməsidir. Ən yüksək bal toplayan qalib komanda respublika üzrə keçiriləcək breyn-rinq yarışında iştirak edəcək".