• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1950
— 17.05.2015 12:30

Gəncə SOS uşaq kəndində Beynəlxalq Ailə Günü qeyd edilib

Gəncədə yerləşən SOS uşaq kəndində Beynəlxalq Ailə Günü qeyd edilib. Tədbirdə SOS uşaq kəndinin koordinatoru Mətanət Həsənova çıxış edərək  Azərbaycan cəmiyyətində ailə dəyərlərinin müqəddəsliyindən və bu dəyərlərin  qorunub-saxlanılmasından geniş bəhs edib. Qeyd olunub ki, bu gün dövlət tərəfindən ailələrin qorunması və onların sosial rifahının yaxşılaşdırılması istiqamətində əsaslı işlər həyata keçirilir. Daha sonra SOS uşaq kəndinin sakinləri ailə dəyərləri ilə bağlı verilən sulları cavablandırıblar. Tədbirin davamında uşaq kəndinin sakinlərinin iştirakı ilə çəkilən sosial videoçarxlar nümayiş etdirilib.

Qeyd edək ki, SOS uşaq kəndində müxtəlif yaş qruplarından olan 80-ə yaxın uşaq yaşayır. Bayram tədbiri uşaqlar üçün müxtəlif təamlarla bəzədilən süfrə arxasında davam etdirilib.