• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1949
— 16.05.2015 16:50

Almaniya Bundestaqının bir qrup deputatı və Almaniyanın ölkəmizdəki səfiri Tempel Haydrun Göygöldə olub

Azərbaycanda səfərdə olan Almaniya Bundestaqının bir qrup deputatı və Almaniyanın ölkəmizdəki səfiri Tempel Haydrun Göygöldə olub.  Almaniya-Cənubi Qafqaz Parlamentlərarası Dostluq qrupu “XIX əsr Alman İcmasının Tarixi Muzeyinin” yaradılması konsepsiyasını təqdim edib. Qonaqlar vaxtilə ata-babalarının yaşadıqları rayonla yaxından tanış olublar. XVIII əsrdə almanlar tərəfindən inşa edilən, indi isə tarix-diyarşünaslıq muzeyi kimi fəaliyyət göstərən Lüteran kilsəsində keçirilən görüşdə qonaqlara rayonun mədəni həyatı, insanları, eləcə də iqtisadiyyatı barədə ətraflı məlumat verilib. Sonra musiqi kollektivlərinin çıxışı olub. Qonaqlar Göygöl şəhərində yaşamış sonuncu alman Viktor Klaynın ev-muzeyinə də baxıblar.

Yeva Mariya Aux - layihənin rəhbəri: “Bu gün bizim üçün bayramdır. Alman irsini tanıtdırmaq üçün bir neçə il çalışdıq və Mədəniyyət Nazirliyinin dəstəyi ilə bu gün buna nail olduq.”