• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1887
— 16.05.2015 14:22

Gəncə şəhər Təcili Tibbi Yardım Stansiyasına müraciət edənlərin sayı artıb

Son günlər havaların qeyri-sabit keçməsi nəticəsində Gəncə şəhər Təcili Tibbi Yardım Stansiyasına müraciət edənlərin sayı artıb. Stansiyanın baş həkimi Namiq Nəbiyevin verdiyi məlumata görə, bu günlərdə çağrışların sayı adi günlərə nisbətən 10% artıb. Müraciətlər daha çox ürək-damar sistemi xəstəlikləri ilə bağlı olub. Bundan əlavə, yüksək təzyiq, ağciyər xəstəlikləri ilə bağlı da müraciət edilib. Bu günlər ərzində ölüm faktı, eləcə də ağırlaşma halı aşkar olunmasa da, müraciətlərin sayının artması vətəndaşların daha ehtiyatlı olmasını zəruri edir.