Bu günə xəbərlərin oxunma sayı: 1050
— 16.05.2015 11:58

Göyərtili plov

Ərzaqlar: 2 ədəd toyuq, 500 qr soğan, 100 qr alça, 500 qr yağ, 3 kq düyü, 10 dəstə kəvər, 10 dəstə şüyüd.

Hazırlanması: Əvvəlcə toyuqları duzlu suda bir az bişirib kənara qoyuruq ki, soyusun. Sonra düyü isladılır. Soğanı xırda-xırda doğrayıb duzlayıb acı suyunu çıxarırıq, göyərtini də eyni qaydada doğrayıb bir az duz vurub suyunu çıxarırıq. Sonra soğanla göyərtini qarışdırıb kənara qoyuruq. Adi qaydada düyünü qaynadıb süzürük. Dəmləyəcəyimiz qazana yağ əlavə edib, qızdırıb üzərinə kənarda çalınmış yumurta, qatıq və düyünü əlavə edirik. Qazmaq bir az bərkiyəndən sonra qazanı ocaqdan alıb bişirdiyimiz toyuğu, üzərinə isə hazır göyərtini yayırıq. Daha sonra qazanın ölçüsünə görə içliyin üzərinə islanmış tənzif salıb, düyünü əlavə edirik. Düyünün üzərinə yağ əlavə edilmir. Ağzını örtüb 1 saat vam odda dəmə qoyuruq. Yağ plov süfrəyə verilərkən üzərinə əlavə edilir.