• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1429
— 15.05.2015 14:22

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin bir qrup əməkdaşı ATU-da olublar

İqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin bir qrup əməkdaşı Azərbaycan Texnologiya Universitetində olublar. Ali təhsil ocağının kollektivi ilə görüşən nazirlik rəsmiləri seminar-müşavirə keçiriblər.

Seminar-müşavirədə istehlakçıların hüquqlarının qorunması və mövcud qanunvercilik bazasının möhkəmləndirilməsinin prioritet vəzifələrdən olduğu diqqətə çatdırılıb. Vətəndaşların istehlak hüquqları ilə bağlı maarifləndirilməsi bu sahədə mövcud olan neqativ halların aradan qaldırılmasına hesablanıb. Məruzədə istehlakçıların alıq-satqı zamanı qanunvercilikdə nəzərdə tutulan hüquqları, həmçinin qarşı tərəflə münasibətlərin pozulduğu halda atılacaq addımlar barədə məlumat verilib.

Araz Əliyev- Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini: "Bu seminarın keçirilməsində əsas məqsəd,universitet tələbələrinin və müəllim heyətinin istehlakçı hüquqları barəsində maarifləndirməsidir. Bunula əlaqədar tədbirdə istehlakçıların hüquqlarının qorunması ilə bağlı qanunvericilik sənədləri, onları qoruyan orqan və qanunun pozulmasının qarşısının alınması ilə bağlı davranış qaydaları barədə məlumatlar verildi".

Sonda seminar iştirakçılarının sual və təklifləri nazirlik nümayəndələri tərəfindən cavablandırılıb.

Xaliq Qurbanlı