• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3241
— 18.09.2014 10:58

Çempionlar Liqasında I tur oyunlarına yekun vurulub

İkinci oyun günündə E, F G və H qruplarının görüşləri keçirilib. Turun mərkəzi qarşılaşması Almaniyada baş tutub. Burada son mövsümün iki ölkə çempionu -“Bavariya” ilə “Mançester Siti” E qrupunun oyunları çərçivəsində münasibətlərinə aydınlıq gətirib. Başa-baş keçən oyunda 1 qol vurulub. 89-cu dəqiqədə Boatenq münhenlillərə qələbə ətirən qolun müəllifi olub. Bu görüşdən fərqli qrupun digər oyununda azarkeşlər 6 qol izləyiblər. Roma Moik qarşılaşmasında artıq 7-ci dəqiqədə qol sevinci yaşanıb. İturbe qonaqların süni oyundan kənar vəziyyət yaratmaq istəyini gözündə qoyub. 3 dəqiqədə sonra bu dəfə Jervinyo müdafiədəki boşluqdan maksimum yararlanıb. 20-ci dəqiqədə Maykon sağ cinahdan qurduğu hücumu qolla tamamlayıb. Bununla da kifayətlənməyən əbədi şəhərin komandası 31-ci dəqiqədə növbəti dəfə rəqib qapısına yol tapıb. Cervinyo demək olar ki, 3-cü qolu təkrarlayaraq dubl edib.İkinci hissədə də üstünlüyü əldən verməyən italyanlar 50-ci dəqiqədə İqnaşeviçin avtoqolu sayəsində hesabı biabırçı həddə çatdırıb. Hərbçilərin təsəlli qolu isə 82-ci dəqiqədə gəlib. Musa fərqlənərəq yekun hesabı təyin edib. Qitənin ən nüfuzlu klub turnirində F qrupunda da bir-birindən maraqlı iki oyun keçirilib. Barselona evdə Apoellə qarşılaşıb. Katalonlar bu oyunun şübhəsiz favoriti sayılsalar da qrupun autsayderi olan Kipr kollektivini yalnız bir dəfə mərkəzə dəvət edə bilib. Oyunun yeganə qolu 28-ci dəqiqədə vurulub. Messinin cərimə meydançasına göndərdiyi topu Pike başıyla tora göndərib. Qrupun digər qarşılaşmasında isə qalib müəyyənləşməyib. Ayaks - PSJ görüşündə tərəflər meydandan 1:1 hesablı sülhlə ayrılıblar. İlk qol qonaqlardan gəlib. Edinson Kavani azarkeşləri ayağa qaldırıb. 74-cü dəqiqədə oyunda tarazlıq yaranıb. Lasse Son cərimə zərbəsindən qapıçının qoruduğu küncü dəqiq nişan alıb. G qrupunun mərkəzi oyunu Çelsi – Şalke görüşü olub. Qarşılaşmaya yaxşı başlayan tərəf olan londonlular tez də hesabı açıblar. 11-ci dəqiqədə Fransesk Fabreqas fərqlənib. Amma ev sahibləri qələbə hesabını qoruya bilməyiblər. İkinci hissədə almanlardan Klas Yan Huntelar bərabərliyi yaxalayıb. 1-1. Eyni nəticə Maribor – Sportinq görüşündə də qeydə alınıb. Londondakı oyundan fərqli Sloveniyada hesabı ilk olaraq qonaqlar dəyişib. Nani tablonu hərəkətə gətirib. Sloveniyalıları məğlubiyyətdən Luka Zahovic xilas edib. Futbolçu final fitinə az qalmış hesabı bərabərləşdirib. H qrupunda Atletik Bilbao – Şaxtyor oyununda hesab açılmayıb. Tərəflərin bütün səyinə baxmayaraq görüş başladığı hesabla da sona çatıb. Əvəzində qrupun Porto – Bate qarşılaşması bol qollu keçib. Portuqaliyalılar rəqib qapısından 6 cavabsız top vurublar. Darmadağının əsasını Yasin Brahimi qoyub. Yarımmüdafiəçi 5 və 32-ci dəqiqələrdə çərçivəyə sərrast zərbələr endirib. Fasiləyə kimi Cekson Martinez də diqqət mərkəzinə düşüb. İkinci hissədə də həmlələr təşkil edən Porto daha 3 qol vurub. Barisov klubunun müdafiə xəttindəki boşluqdan əvvəlcə Brahimi istifadə edərək het-trikini rəsmiləşdirib. 61-ci dəqiqədə Adrian qapıya dəqiq zərbə endirib. Görüşdə son nöqtəni isə Vinsent Abubakar qoyub. Bu qələbə ilə Porto turnir cədvəlində ilk pilləni ələ keçirib.