• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1804
— 15.05.2015 14:21

İqlim dəyişikliyinin kənd təsərrüfatı sahəsinə göstərdiyi mənfi təsirə qarşı yeni layihə hazırlanır

15 may - dünya metereoloqları tərəfindən indiki və gələcək nəsillərin firavanlığı üçün resurs olan iqlimin qorunmasının 40 mühüm bəndinin elan edilməsi günü kimi tarixə salınıb. Dünyada qlobal iqlim dəyişikliyinin qeydə alındığı bir vaxtda iqlimin, ətraf mühitin mühafizəsi mövzusu tək Beynəlxalq İqlim Günündə deyil, hər zaman diqqətdə saxlanılır. Ölkəmizdə bununla bağlı yeni layihələrin həyata keçirilməsi də nəzərdə tutulur.

Yaşadığımız müddətcə ekoloji cəhətdən təmiz suya, qidaya, havaya ehtiyacımız əsla tükənməyəcək. Bunları təmin etmək üçün isə ilk növbədə biosferin mühafizəsi, təbii sərvətlərin düşünülmüş şəkildə istifadəsi, tullantıların azaldılması vacibdir. Azərbaycanda ətraf mühitin və iqlimin mühafizəsinin Milli Konsepsiyası ekoloji təhlükəsizliyin təmini, iqlimin sağlamlaşdırılması üçün tədbirləri ehtiva edir. Bununla yanaşı, müxtəlif layihələr də həyata keçirilir. Hazırda qərb bölgəsini əhatə edəcək daha bir layihə üzərində iş aparılır.

İqlim dəyişikliyinin mənfi təsir göstərdiyi sahələrdən biri də kənd təsərrüfatı sahəsidir.  Bu nöqteyi-nəzərdən qərb regionu üzrə yeni layihə hazırlanır.

Hər bir ölkənin iqlimi həm də onun irsidir. Hər iki layihə həyatımızı onsuz təsəvvür etmədiyimiz, ana dediyimiz təbiəti, iqlimi israf etməmək, tükətdiyimizi də yerinə bərpa etməyi nəzərdə tutur.

Vüsalə Camal