• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 908
— 15.05.2015 14:26

Goranboy rayonundakı ət satışı məntəqələrində reyd keçirilib

KepezTV Player

Goranboy Rayon Baytarlıq İdarəsinin əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən ət satışı məntəqələrində reyd keçirib.  Məqsəd xəstə və insan sağlamlığı üçün təhlükə törədən heyvan ətlərini aşkar edərək, satışdan çıxartmaq olub.

Ət satışı məntəqələrində aparılan reydlər həm rayon mərkəzini, həm də ətraf qəsəbələri əhatə edir. Budəfəki baytar yoxlamaları Goranboyun Dəliməmmədli qəsəbəsindəki ət dükanlarında aparılıb. 5 ət dükanına baxış keçirən baytarlar satışa çıxarılan ətlərin keyfiyyətini və mənşəyini yoxlayıblar.

Elsevər Hüseynov- Goranboy rayon Baytarlıq İdarəsinin rəisi: “Bu gün keçirdiyimiz reyd zamanı heç bir neqativ hala rast gəlinmədi. Bütün ətlər baytarlıq baxışından keçirilərək möhürlənib. Mənşəyi məlum olmayan ətlərə rast gəlinməyib. Bu obyektlər hər gün baytarlıq həkimləri tərəfindən mütəmadi yoxlanılır, nəzarət olunur”.

Goranboy rayon Baytarlıq İdarəsi bütün lazımi avadanlıq və baytarlıq vəsaitləri ilə təmin edilib. Bu da nəinki satılan heyvan ətinin, həmçinin digər kənd təsərrüfatı mallarının da yoxlanılmasına imkan verir.

Elsevər Hüseynov- Goranboy rayon Baytarlıq İdarəsinin rəisi: “Baytarlıq idarələri bütün lazımi avadanlıqlarla, antigenlərlə tam təchiz olunmuşdur. Heç bir çətinliyimiz yoxdur. İstənilən bal, yağ, qatıq, süd, ət hər cür heyvan mənşəli məhsulları müayinə etməyə imkanımız çatır”.

Qeyd edək ki, ümimilikdə rayon üzrə 37 ət satışı məntəqəsi fəaliyyət göstərir. Qarşıdakı günlərdə yoxlamalar digər ət satışı məntəqələrində də həyata keçiriləcək. 

Elton Cabbarlı