• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 900
— 15.05.2015 14:31

Şəmkirdə “Ailə bayramı” təşkil edilib

Bu gün Şəmkirdə Beynəlxalq Ailə Gününə həsr edilən “Ailə bayramı” təşkil edilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 8-ci ildir keçirilən bayramda 4 nominasiya üzrə respublikanın 75 şəhər və rayonunu təmsil edən ailələr iştirak edib. Tədbir əsnasında 6 nominasiya üzrə ailələrin qiymətləndirilməsi aparılıb. Rayondakı Heydər Əliyev parkında keçirilən tədbirdə ailələrin istifadəsi üçün 7 guşə yaradılıb, bayram şənliyində Azərbaycan xalqının toy adət-ənənələri nümayiş etdirilib, uzunömürlü və çoxuşaqlı ailələr iştirak edib. Çıxışlarda ölkədə ailə siyasətinin həyata keçirilməsi və dəstəklənməsi məqsədi ilə cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsinə, ailə dəyərlərinin qorunub-saxlanılmaqla gələcək nəsillərə ötürülməsinə, gənclərin yaşlılara hörmət ruhunda tərbiyəsinə, ailədə sülh və dözümlülük mədəniyyətinin, sağlam həyat tərzinin təbliğinə diqqət yönəldilib. Sonda iştirakçı ailələrə komitə tərəfindən diplomlar və qiymətli hədiyyələr təqdim olunub.

Xatırladaq ki, 7 il ərzində ailə bayramı Şamaxı, Lənkəran, Qax, Xaçmaz, İsmayıllı, Şəki və Abşeronda keçirilib.