• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1721
— 18.09.2014 10:57

İspaniyanın Bilbao şəhərində keçirilən şahmat üzrə klublararası Avropa çempionatında növbəti tur arxada qalıb

IV oyun günündə Azərbaycan klubları ciddi sınaq qarşısına çıxıb. Belə ki, ilk 3 görüşü qələbə ilə başa vuran SOCAR Çexiyanın “Novı Bor” klubu ilə üz-üzə gəlib. Hələ xal itirməyən komandaların duelində qalib gəlib və vahid liderliyə yüksəlib. Hesabat turunda 1 xal itirən “Odlar Yurdu” isə bunu İspaniyanın “Qros Xake Taldea” klubu ilə görüşdə sığortalamağa çalışıb. Bu oyunda təmsilçimiz qələbə qazanıb. SOCAR (Azərbaycan) - NOVI BOR (Çexiya) - 4:2 Şəhriyar Məmmədyarov (2756) - Radoslav Voytaşek (2736) - 0,5 - 0,5 Veselin Topalov (2784) - David Navara (2722) - 1:0 Maykl Adams (2752) - Pentala Harikrişna (2725) - 0,5:0,5 Aniş Qiri (2758) - Viktor Lazniçka (2675) - 1:0 Teymur Rəcəbov (2717) - Krişnan Saşikiran (2680) - 1:0 Van Hao (2730) - Mateuş Bartel (2636) - 0:1 QROS XAKE TALDEA (İspaniya) - ODLAR YURDU (Azərbaycan) - 4:2 Arkadi Naydiç (2715) - Emil Sutovski (2632) - 1:0 Lyuk Van Veli (2650) - Vasif Durarbeyli (2614) - 1:0 Alexandro Alonso (2471) - Rauf Məmmədov (2660) - 0:1 Santyaqo Qonsales (2450) - Ulvi Bacarani (2483) - 0,5 - 0,5 İniqo Riveyro (2434) – Nicat Abasov (2527) - 0,5 - 0,5 İniqo Martin (2298) - Nicat Məmmədov (2624) - 0:1 Turnir cədvəli: SOCAR (Azərbaycan) – 6, “Novı Bor” (Çexiya) – 6, “Malaxit” (Rusiya), Sankt-Peterburq Şahmat Federasiyası (Rusiya), “Obiettivo Risarcimento” (İtaliya), “Ladya” (Rusiya), “Odlar Yurdu”, “Solinqen” (Almaniya), “Beer Şeva” (İsrail), – hamısı 5.