• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3248
— 14.05.2015 16:13

Qərb bölgəsində avtomobil qəzalarının qismən də olsa qarşısının alınması məqsədilə yeni tədbirlər həyata keçiriləcək

Son zamanlar ölümlə nəticələn qəzaların əksəriyyəti avtomobil yolu ilə dəmiryol keçidlərinin kəsişməsində baş verir. Daha çox isə, avtomobillər qorunmayan keçidlərdən keçən zaman bu cür xoşagəlməz hallar yaşanır. 

Belə təhlükəli vəziyyətlərin qarşısını almaq üçün artıq Qərb bölgəsində tədbirlərə başlanılıb. İki mərhələdə aparılacaq işlər zamanı əvvəlcə qorunmayan keçidlərdə şlaqbaum quraşdırılaraq müasir avadanlıqlarla təmin ediləcək. Qorunan keçidlərin standartlara cavab verməyənləri isə yenidən tikiləcək. İş icraçısı Məhəmməd Zeynalov keçid məntəqələrinin avtomatik idarəetmə sistemi ilə tənzimlənəcəyini də bildirib.

Dəmir Yolunun Böyük Kəsik stansiyasından Gəncə stansiyasına qədər 32 keçid məntəqəsi mövcuddur ki, bunlardan 17-si qorunmayandır. Hazırda Ağstafa rayonu ərazisində çalışan tikinti şirkətinin əməkdaşı 12 keçid məntəqəsində iş getdiyini açıqlayıb. Müasir keçidlərin tikintisinin isə avqust ayında yekunlaşması gözlənilir.

Rahim İbrahimoğlu