• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1690
— 14.05.2015 16:10

Gəncənin yaşıllaşdırılması istiqamətində işlər durmadan davam etdirilir

Şəhər yaşıllaşdırma idarəsi tərəfindən təkcə bu ilin beş ayı ərzində  şəhərin müxtəlif ərazilərinə 450 mindən artıq müxtəlif növ gül kolları əkilib. Bununla yanaşı İran, Türkiyə və ərəb ölkələrindən 17 min dekorativ bitki növləri - Lelandra, Tuya, Taksus və Pixtalar gətirilərək park və xiyabanlara əkilib. İdarədən bildirilib ki, hazırda bəzi ağac növlərinin toxumları mütəxəssislər tərəfindən yığılaraq idarəyə məxsus tingliklərdə yetişdirilir. Binalar şam, çinar, liqustur, kiparis və sairə ağac növləridir. Gələcəkdə isə xaricdən alınan bir çox gül kollarının da məhz yerli şəraitdə yetişdirilməsi sınaqdan keçiriləcək. Qeyd edək ki, şəhərin yaşıllığının qorunması və saxlanılmasında idarənin 200 əməkdaşı çalışır.