• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2143
— 14.05.2015 13:55

Abituriyentlərin nəzərinə: TQDK-dan növbəti açıqlama

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası əvvəlki ilin məzunları üçün ikinci və üçüncü ixtisas qrupları üzrə keçiriləcək qəbul imtahanlarının vaxtını açıqlayıb. May ayının 17-də baş tutacaq imtahanlar respublikanın 11 şəhərində həyata keçiriləcək. Gəncədə 4 binada təşkil olunacaq imtahan prosesində Gəncə və ətraf rayonlardan ümumilikdə 1837 abituriyentin iştirakı nəzərdə tutulub. Abituriyentlər buraxılış vərəqəsini TQDK-nın rəsmi saytına daxil olaraq, iş nömrəsinin şifrəsindən istifadə etməklə əldə edə bilərlər. Sənədlərdən hər hansı birinin yoxluğu abituriyentin imtahan zalına buraxılmaması deməkdir.