• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3553
— 12.05.2015 18:53

Salyanda ana doğuş zamanı dünyasını dəyişib

Neftçala rayon sakini, 34 yaşlı Səidə Məlikova Salyan Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində dünyasını dəyişib. Qadın doğuşdan sonra aparılan əməliyyat zamanı keçinib. Doğulan uşaq isə sağlamdır. Səidə Məlikova iki azyaşlı uşaq anası olub. Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırmalara başlanıb.