• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 811
— 12.05.2015 18:40

Bayraq Meydanı İdarəsinin rəisi həbs edildi

Bayraq Meydanı İdarəsinin keçmiş rəisi və şəriki saxlanıldı. “Azİmport” şirkətinin sahibi Rəşad Məmmədov və onun şirkətdəki şəriki Azər Əsgərov bu gün saxlanılıblar. Xəbərə görə, mülki geyimli şəxslər bu gün şirkətin ofisinə gedərək hər iki şəxsi saxlayıblar. Həmin mülki geyimlilər bir müddətdən sonra Azər Əsgərovla birlikdə şirkətin ofisinə qayıdıblar. Onlar ofisdən zəruri sənədləri götürərək A.Əsgərovla birgə yenidən naməlum istiqamətə gediblər. Rəşad  Məmmədovla Azər Əsgərovun hazırda harada olması barədə heç bir məlumat yoxdur. Onlar evlərində deyillər. Heç ofisə də qayıtmayıblar.  Qeyd edək ki, R.Məmmədov Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisidir.