• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1758
— 12.05.2015 18:36

Azərbaycanlı iş adamı həbs olundu

Azərbaycanlı iş adamı Nizami Piriyev həbs olunub. Məlumata görə, o, dələduzluq və ictimai əmlakın talanması maddələri ilə təqsirləndirilir.  Nərimanov rayon məhkəməsinin qərarı ilə Nizami Piriyevin barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Qeyd edək ki, Nizami Piriyev “PNN Group” şirkətinin təsisçilərindəndir. “PNN Group” şirkətinin əsas aktivləri neft-kimya sənayesində və metanol istehsalı sahəsində fəaliyyət göstərən “AzMeCo” şirkətindədir. “PNN Group” “De Beers” və “Hamley's” brendlərinin tərəfdaşıdır. Nizami Piriyev Azərbaycanda “KFC” restoranlar şəbəkəsinin də qurucularındandır. “PNN Group”un digər sahibi onun oğlu Nəsib Piriyevdir.