• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1590
— 11.05.2015 16:48

Gəncə sakinini bıçaqlayan şəxs saxlanılıb (Yenilənib)

Ötən gün Gəncədə 20 yaşlı Vüqar Ağayevi bıçaqlayan şəhər sakini Saleh Bağırov saxlanılıb. Gəncə Şəhər Baş Polis İdarəsindən bildirilib ki, hadisəyə gənclərin şəxsi münasibətlər zəminində mübahisəsi səbəb olub. Ağır bədən xəsarətləri alan Vüqar Ağayev şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

10.05.15 22:20 olan xəbər

Gəncədə bıçaqlanma hadisəsi baş verib. Şəhər sakini 21 yaşlı İlqar Ağayev döş qəfəsində daxilə nüfuz edən bıçaq xəsarəti Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Həkimlər dərhal yarılının əməliyyat otağına götürüb. İlkin müayinədən sonra xəsarətin ciddi olduğu üzə çıxıb. Hazırda reanimasiya şöbəsinə yerləşdirilən gəncin vəziyyəti orta ağır kimi qiymətləndirilir. İlqar Ağayevin kim tərəfindən bıçaqlanması hələlik məlum deyil. Polis bu istiqamətdə araşdırmalarını davam etdirir.