• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1996
— 18.09.2014 09:49

Şəmkirdə güllələnmə hadisəsi baş verib

 Şəmkir rayonunda silahlı insident baş verib. Rusiyada yaranan narazılığa doğma vətəndə son qoymaq istəyən gənclər qanlı olay törədiblər. Hadisə zamanı bir nəfər dünyasını dəyişib. Hadisə ötən gün axşam saatlarında rayonun Kür qəsəbəsində, Soyuq bulaq adlanan ərazidə qeydə alınıb. Mahmudlu kənd sakini 32 yaşlı Nazim Abbasov şəxsi münasibətlər zəminində Kür qəsəbə sakinləri 26 yaşlı Rəşad Məmmədov və onun həmyaşıdı Vaqif İsmayılov, eləcə də qeyriləri qrup yaradaraq Mahmudlu kənd sakini 32 yaşlı Nazim Abbasovla güllə davasına çıxıb. Bir neçə dəqiqə davam edən atışmada Rəşad Məmmədov dünyasını dəyişib. Vaqif İsmayılov və adları hələlik istintaqa məlum olmayan şəxslər isə qarşıdurmadan xəsarətsiz ötüşüb. Hazırrda Nazim Abbasov polis tərəfindən şübhəli şəxs kimi saxlanılıb.

İbrahim Həsənov- Şəmkir rayon Prokurorunun böyük köməkçisi: “Cinayət işi üzrə Abbasov Nazim Əliş oğlu və İsmayılov Vaqif Namaz oğlu şübhəli şəxs qismində saxlanılıb. Cinayətdə istifadə olunan 1 ədəd AKM markalı avtomat silahı və 1 ədəd ov tüfəngi aşkar edilərək maddi sübut kimi götürülüb. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir”. İlkin ehtimala görə, hər iki şəxs əvvəllər Rusiya Federasiyanın Rostov vilayətində xırda ticarətlə məşğul olub və həmin vaxt aralarında narazılıq yaşanıb. Həmyerlilər qərib ölkədə yaranan mübahisəyə vətəndə son qoymaq qərarına gəliblər. Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.

Natiq Hüseyn