• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 2554
— 18.09.2014 09:43

Şəmkirdə, Şəkidə və Kürdəmirdə piyadaların vurulması ilə nəticələnə ağır yol nəqliyyat hadisələri baş verib

KepezTV Player

 Nəticədə biri azyaşlı olmaqla 79 yaşlı qadın da dünyasını dəyişib. 7 yaşlı məktəblinin müalicəsi isə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir. Ötən gün saat 22.20 radələrində Şəmkir şəhəri Heydər Əliyev prospektində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayonun Dəllər qəsəbə sakini 45 yaşlı Əbülfət Əliyev idarə etdiyi QAZ 3110 markalı avtomobillə hərəkətdə olarkən rayon sakini 79 yaşlı Gilas Alıyevanı vurub. Yaralı dərhal Şəmkir Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Sürücü Əbülfət Əliyev polis tərəfindən saxlanılıb. Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır... Şəkidə isə avtomobil 5 yaşlı uşağı vurub öldürüb. Hadisə bu gün saat 16.30 radələrində Şəki-Qax yolunun Qoxmuq kəndi ərazisindən keçən hissəsində baş verib. 2009-cu il təvəllüdlü Cabbarlı Diana Nemət qızını 90-NE-955 nömrə nişanlı “Niva” markalı avtomobil vurub. Nəticədə ağır xəsarətlər alan azyaşlı Şəki Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, hadisə uşağın anasının gözü qarşısında baş verib. Kürdəmirdə də 1-ci sinif şagirdini maşın vurub. Hadisə bu gün saat 12 radələrində Bakı-Qazax yolunun Kürdəmirin Sığırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Sığırlı kənd orta məktəbinin birinci sinif şagirdi, 2008-ci il təvəllüdlü Rəvanə Səfərova dərsdən çıxaraq evə gedərkən Bakı-Qazax yolu ilə hərəkətdə olan “KamAZ” markalı yük avtomobili ilə vurulub. Müxtəlif bədən xəsarətləri alan azyaşlı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən qızcığazın vəziyyəti ağırdır. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsi tərəfindən araşdırma aparılır.