• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3072
— 08.05.2015 17:53

Bakıda toydan qayıdan sərxoş sürücü avtomobil qəzasında ölüb

Məlumata görə, hadisə Xəzər rayonunun Qala qəsəbəsindən Xaşaxuna bağları adlanan əraziyə gedən yolda baş verib. Belə ki, “VAZ 2106” markalı avtomobillə hərəkət edən sürücü - 1992-ci il təvəllüdlü Cavid Şahlarov idarəetməni itirib. Nəticədə sürücü avtomobili yol kənarındakı işıq dirəyinə vurub. Xəsarət alan sürücü və maşında olan sərnişin - 23 yaşlı Babayev Fərman Rasim oğlu ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, sürücü Cavid Şahlarovun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada ölüb. Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır. Qeyd edək ki, hadisə sürücü C.Şahlarov və xəsarət alan F.Babayev toydan qayıdan vaxt baş verib. Onların hər ikisi qəza anında sərxoş vəziyyətdə olub.