• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 955
— 08.05.2015 17:41

Cəlilabad və İsmayıllıda baş verən qəzalarda 2 nəfər ağır xəsarət alıb

Hər 2 hadisə zamanı 5 avtomobilə ciddi ziyan dəyib.Cəlilabad rayonunda minik avtomobillərinin toqquşması nəticəsində, iki nəfər ağır xəsarət alıb. Hadisə Cəlilabad - Astanlı avtomobil yolunun Fərzili kəndindən keçən hissəsində baş verib. Rayonun Cəngan kənd sakini Camal Ağayev sükanı arxasında olduğu  "VAZ  21011" markalı minik avtomobili ilə Cəlilabad istiqamətində hərəkətdə olarkən, qarşı tərəfdən gələn rayonun Fərzili kənd sakini Əli Feyziyevin idarə etdiyi eyni markalı minik avtomobili ilə toqquşub. Qəza zamanı avtomobillər yararsız hala düşüb. Hər iki avtomobilin sürücüsü müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, sürücülərin vəziyyəti ağır olaraq qalır. Faktla bağlı araşdırma aparılır.

İsmayıllıda isə üç avtomobilin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Murad Mirzəyev "Mersedes" markalı avtomobillə hərəkətdə olarkən, idarəetməni itirib. Avtomobil əvvəlcə yol kənarındakı səkiyə çırpılıb. Daha sonra Elçin Babayevə məxsus “VAZ 2107” və İmran Zülfüqarova məxsus “VAZ 2106”-a dəyib. Hadisə nəticəsində xəsarət alan olmasa da nəqliyyat vasitələrinə xeyli ziyan dəyib. Hadisənin baş vermə səbəbləri araşdırılır.