• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2692
— 08.05.2015 14:26

Dövlət Baytarlıq Nəzarəti Xidməti monitorinqlərə başlayıb

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin müvafiq sərəncamına uyğun olaraq respublika ərazisinə xarici ölkələrdən köçəri quşların miqrasiyası və Türkiyədə quş qripinin yayılması riski nəzərə alınaraq monitorinqlərə başlanılıb. Bu məqsədlə Gəncə şəhər Baytarlıq İdarəsi həyətyanı təsərrüfatlarda mövcud quşlar arasında yoxlamaların aparılmasını, quşların yetişdirilməsinə, daşınmasına, satışına və kəsiminə dövlət nəzarətini daha da gücləndirib. Baytar həkimlər quşların tam qapalı şəraitdə saxlanması, onların köçəri quşlarla təmasdan qorunması üçün bazarlarda və fərdi təsərrüfatlarda maarifləndirici işlər aparır. Qeyd edək ki, bu günə kimi Gəncədə saxlanılan 20 mindən artıq quşda virusa yoluxma faktı qeydə alınmayıb.

Bayandur Rzayev -Gəncə Şəhər Baytarlıq İdarəsinin rəisi: "Şəhər ərazisində fərdi təsərrüfatlarda quşlar arasında qan nümunələri götürülərək Göygöl Zona Baytarlıq Laboratoriyasına göndərilir. Hal- hazırda Gəncədə quş qripi ilə bağlı heç bir müraciət daxil olmayıb. Epizootik durum sabitdir və tərəfimizdən nəzarətdə saxlanılır”.