• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1779
— 08.05.2015 14:09

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Gəncə Regional Təchizat Bazasında daha 44 fermer traktorla təmin edilib

Bu kompaniyanın 8 may tarixinə- yəni Şuşanın işğalı gününə salınması isə təsadüf deyil. Belə ki, traktorlar əsasən Qarabağ əlillərinə, şəhid ailələrinə, milli qəhrəman və əmək veteranlarına təqdim olunub. Qeyd edək ki, texnikanın dəyərinin 40 faizi dövlət hesabına, qalanı isə uzunmüddətli kreditlə ödənilir. Hazırda dövlətin bu güzəştlərindən yararlanmaq üçün fermerlər müraciətlərini onlayn formada həyat keçirə bilirlər.