• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 2554
— 17.09.2014 16:41

İmişlidə bir gündə iki yol qəzası olub, 3 nəfər xasarət alıb

KepezTV Player
Sentyabrın 16-da günün ikinci yarısında İmişlidə eyni zamanda müxtəlif yerlərdə iki yol nəqliyyat hadisəsi baş verib. Nəticədə 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qəzalardan biri İmişli-Əliqulular kənd avtomobil yolunda qeydə alınıb. İmişli rayon Əliqulular kənd sakini Əbülfəz Teymurov sükan arxasında olduğu “Vaz” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil yoldan çıxaraq aşıb və kənardakı dərəyə düşüb. Hadisə nəticəsində sürücü, eyni zamanda avtomobildə olan sərnişin Fariz Kazımov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Yaralılar İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Deformasiyaya məruz qalan avtomobil qaldırıcı texnika vasitəsi ilə çıxarılaraq dayanacağa aparılıb. Digər qəza isə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun 90-cı kmdə yerləşən dəmiryol xəttinin üzərindən keçən körpüdə qeydə alınıb. Belə ki, Kürdəmir istiqamətində hərəkətdə olan asvalt yükü ilə dolu “KaMaz” idarəetmədən çıxaraq körpüdən aşağı yuvarlanıb. Yük yerində olan asfalt ətrafa dağılıb, “KaMaz” isə yararsız hala düşüb. “KaMaz”ın sürücüsü Babayev Tacir yüngül xəsarətlər alıb. Yaralıya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Hər iki faktla bağlı araşdırma aparılır.