• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 2551
— 17.09.2014 18:21

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

KepezTV Player
Qəza nəticəsində toqquşan avtomobillər tamamilə yararsız hala düşüb. Yol nəqliyyat hadisəsi paytaxtın Suraxanı rayonu ərazisində Hövsan yolunda baş verib. İlkin Vəliyevin idarə etdiyi “Mercedes” markalı avtomobillə “Vaz 2107” markalı avtomaşın toqquşub. Hadisə nəticəsində “Jiquli”nin sərnişinləri Xəlil Fətullayev və Aleksandr Laryolov ağır bədən xəsarətləri alaraq təcili tibbi yardım maşını ilə 3 saylı şəhər Klinik xəstəxanasına çatdırılıblar. Qəza nəticəsində avtomobillər tamam yararsız hala düşüb. Hadisə şahidlərinin verdiyi məlumata görə “Vaz 2107”-nin sürücüsü və sərnişinləri içkili olub. Hadisə yerinə gələn Suraxanı rayon polis idarəsinin əməkdaşları müvafiq ekspertizalar təyin ediblər. Qəzanın hansı səbəbdən baş verməsi avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.