• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1018
— 07.05.2015 20:24

Türkiyənin cənubunda partlayış baş verib

Türkiyənin cənubundakı Şanlıurfa şəhərində hərbi hissələrin birində partlayış baş verib. Hadisə hərbi hissənin atış poligonunun ətrafında olan boş sahədə istifadə müddəti bitən tank əleyhinə  minaların məhvi əsnasında meydana gəlib. Şəhər mərkəzində çaxnaşmaya səbəb olan, ətrafdakı ev və iş yerlərinin şüşələrinin qırılmasına yol açan partlayışın ardından hadisə yerinə çoxlu sayda təcili tibbi yardım maşınları, yanğınsöndürənlər və xilasedicilər cəlb olunub.  Əraziyə yaxın yerləşən uşaq bağçasının zərər görməsi isə buraya xeyli sayda valideynin axışmasına səbəb olub. hadisə nəticəsində xəsarət alan olmayıb.