• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1017
— 07.05.2015 20:15

Yevlaxda baş verən qəzada 4 nəfər yaralandı

Bu gün saat 20.30 radələrində Gəncə şəhər Təcili Tibbi Yardım Xəxtəxanasına avtoqəza nəticəsində xəsarət alan 32 yaşlı Göygöl rayon sakini Etibar Hüseynovu gətiriblər. Yaralının bildirdiyinə görə, hadisə Yevlax rayonu ərazisində baş verib. Belə ki, Etibar Hüseynov və daha 3 nəfər taksi fəaliyyəti ilə məşğul olan şəxsin “Mercedes” markalı avtomobili ilə Bərdədən Yevlaxa gələrkən sürücü anidən idarəetməni itirib və qəza baş verib. Bu zaman sürücü xəsarət almasa da, avtomobildə olan 4 sərnişin yaralanıb.  Yaralılara Yevlax Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilib. Daha sonra müalicənin davamı üçün 3 nəfər Bərdə, 1 nəfər isə Gəncə xəstəxanasına göndərilib. Hazırda Gəncə şəhər TTYX-na yerləşdirilən Etibar Hüseynovun vəziyyətini həkimlər orta-ağır qiymətləndirir. Faktla bağlı araşdırma aparılır.