• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 844
— 07.05.2015 17:22

Dələduzluqda təqsirləndirilən 4 nəfər İnterpol xətti ilə beynəlxalq axtarışa verilib

Azərbaycan hüquq-mühafizə orqanları dələduzluqda təqsirləndirilən 4 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib. Bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, 52 yaşlı Qəyyub Qəhrəmanov, 63 yaşlı Ramiz Vahidov, 63 yaşlı Abdulhüseyn Cəbiyev və 52 yaşlı Yusif Bəbirli Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə təqsirləndirilirlər. Onlar Azərbaycanda olmadıqları üçün barələrində dövlətlərarası axtarış elan olunub və saxlanılmaları üçün İnterpola müraciət edilib.