• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2508
— 07.05.2015 17:34

Bakıda polis idarəsində bıçaqlanma baş verib

Bakının polis idarəsində qan tökülüb.  Nizami Rayon Polis İdarəsinin yaydığı məlumata görə, saxlanılan 33 yaşlı Fərid Axundov özünü bıçaqlayıb. Polis əməkdaşları onu yaxınlıqdakı xəstəxanaya çatdırıblar. Yaralı əməliyyat olunub. Qeyd edək ki, özünə xəsarət yetirən şəxsin narkotik aludəçisi olduğu deyilir. O, polis əməliyyatı zamanı ələ keçib və idarəyə aparılanda özünü vurub. Məsələ ilə bağlı araşdırma aparılır.