• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1859
— 07.05.2015 17:58

Xaçmaz rayonunda velosipedçinin vurulması ilə nəticələnən qəza olub

Dünən axşam saatlarında Xaçmaz rayonunda velosipedçinin vurulması ilə nəticələnən qəza baş verib. Hadisə rayonun Niyazabad yolu istiqamətində baş verib. 42 yaşlı Xaçmaz rayon sakini Elxan İsabalayevin idarə etdiyi “Vaz 21012” markalı avtomaşın velosepedçi ilə toqquşub. Nəticədə velosipedçi - 52 yaşlı Xaçmaz rayon sakini Arif Xalıqov xəsarət alıb. O, Təcili Tibbi Yardım stansiyasının vasitəsilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona başın təpə-ənsə nahiyəsinin və burun yəhərinin sol tərəf sıyrıntıları diaqnozu qoyulub. Qəzanın dəqiq başvermə səbəbləri avtotexniki və tibbi ekspertizanın rəyindən sonra məlum olacaq.