• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1828
— 07.05.2015 18:02

Zaqatalada bir gündə 2 ev yanıb

Zaqatalada bir gündə iki yanğın hadisəsi baş verib. Yanğının biri fərdi evdə digəri isə sexdə qeydə alınıb.

Zaqatala rayonunda fərdi yaşayış evində yanğın olub. Fövqəladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, yanğın rayonun Göyəm kəndində, Süleyman Çobanova  məxsus,  ümumi sahəsi 200 kv/m olan ikimərtəbəli 5 otaqdan ibarət  fərdi yaşayış evində baş verib. Hadisə yerinə Zaqatala rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib.  Yanğın nəticəsində  evin birinci mərtəbəsinin eyvanının tavanının və mətbəxdə mebelin bir hissəsi yanaraq yararsız hala düşüb. Evin qalan hissəsi yanğından mühafizə edilib. Yanğın zamanı xəsarət alan olmayıb.

Ötən gecə saat  00:55 radələrində Zaqatalada daha bir yanğın hadisəsi baş verib. Şəhərin Xətai prospektində Xuraman İdrisova  məxsus sexdə qeydə alınan yanğın nəticəsində 40 kv.m-lik tikilinin yanar konstruksiyaları və sexdəki bəzək əşyaları yanaraq yararsız hala düşüb. Hadisə yerinə gələn FHN Zaqatala Yanğından Mühafizə Hissəsinin əməkdaşlarının səyi nəticəsində yanğının yaxınlıqdakı digər tikililərə keçməsinin qarşısı alınıb. İlkin ehtimala görə, yanğına səbəb elektrik naqillərində baş verən qısa qapanma olub. Hər iki hadisənin dəqiq səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.